Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu auditor seçir

Qida Təhlükəsizliyi Agentliyinin Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu maliyyə hesabatlarının auditi üçün açıq tender elan edib.

"Report" xəbər verir ki, tenderdə iştirak haqqı 25 manatdır.

İddiaçılar təkliflərini martın 6-na qədər İnstitutun yerləşdiyi Bakı şəhəri, Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsi, 73C ünvanına təqdim edə bilərlər.

Təkliflərə martın 6-da, saat 16:35-də qeyd olunan ünvanda baxılacaq.

Ötən il bu tenderin qalibi "Azəruçot" olub. Şirkətə 8 min manat ödənilib.

Digər xəbərlər