Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) 2024-cü il üzrə maliyyə hesabatının auditi ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.
"Report" dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, tenderin qalibi "Abacus Audit and Consulting" MMC-dir.
Qalib şirkətə 11 750 manat ödəniləcək.