Azərbaycan Mərkəzi Bankı əsas vəsaitlərinin sığortalanması ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.
"Report" dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, tenderin qalibi "PAŞA Sığorta" ASC-dir.
Qalib şirkətə 205,6 min manat ödəniləcək.
Ötən il də bu tenderin qalibi "PAŞA Sığorta" ASC olub. Şirkətə 209,9 min manat ödənilib.