Azərbaycan Mərkəzi Bankı (AMB) əsas vəsaitlərin və nəğd pulun sığortalanması üçün açıq tender elan edib.
“Report” xəbər verir ki, tenderdə iştirak haqqı 100 manatdır.
İddiaçılar ilkin sənədləri dekabrın 13-ü, saat 17:30-a qədər, tender təklifi və onun dəyərinin 1 %-i qədər bank təminatını isə dekabrın 21-i, saat 17:30-a qədər AMB-nin Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Behbudov küçəsi, 90 ünvanında yerləşən inzibati binasına təqdim edə bilərlər.
Əlaqələndirici şəxslər Elvin Şirdanov (hüquq departamenti) və Ceyhun Səmədovdur (İnzibati departament).
Telefon: (012) 493-11-22 (daxili: 428; 599).
Təkliflərə dekabrın 22-si, saat 15:00-da qeyd olunan ünvanda baxılacaq.