Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda dövlət büdcəsindən məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluğa 1 milyard 991,8 milyon manat xərclənib.
"Report" bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 49,9 milyon manat və yaxud 2,6 % çoxdur.
Hesabat dövründə məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq xərclərinin 83,2 %-i icra edilib.