Bu il yanvar-fevral aylarında Azərbaycanda xarici müəssisə və təşkilatlar əsas kapitala 560,2 milyon manat vəsait yönəldilib.
“Report” xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə müqayisədə 15,1 % azdır.
Bu il xarici ölkələr və beynəlxalq təşkilatların vəsaitləri hesabına əsas kapitala yönəldilmiş vəsaitin 554,7 milyon manatı (99 %-i) Böyük Britaniya, ABŞ, Yaponiya, İsveçrə, Türkiyə, Norveç, Malayziya, Hindistan, Rusiya və İran sərmayədarlarına məxsus olub.