Ötən il Azərbaycanda xarici müəssisə və təşkilatlar əsas kapitala 4 milyard 332,7 milyon manat vəsait yönəldilib.
“Report” xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Bildirilir ki, bu, 2020-ci ilin göstəricisi ilə müqayisədə 15,3 % azdır.
Ötən il xarici ölkələr və beynəlxalq təşkilatların vəsaitləri hesabına əsas kapitala yönəldilmiş vəsaitin 3 milyard 970,3 milyon manatı (91,6 %-i) Birləşmiş Krallıq, ABŞ, Türkiyə, Yaponiya, İsveçrə, Norveç, Virgin adaları, Malayziya, Fransa, Rusiya və İran sərmayədarlarına məxsus olub.