Bu il yanvar ayında Azərbaycanda xarici müəssisə və təşkilatlar əsas kapitala 296,1 milyon manat vəsait yönəldilib.
“Report” xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Bildirilir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə müqayisədə 14,5 % azdır.
Ötən il xarici ölkələr və beynəlxalq təşkilatların vəsaitləri hesabına əsas kapitala yönəldilmiş vəsaitin 292,3 milyon manatı (98,7 %-i) Birləşmiş Krallıq, ABŞ, Yaponiya, İsveçrə, Türkiyə, Norveç, Malayziya, Hindistan, Rusiya və İran sərmayədarlarına məxsus olub.