Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda xarici müəssisə və təşkilatlar əsas kapitala 3 548,5 milyon manat vəsait yönəldib.
“Report” xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 14,5 % azdır.
Bu ilin ilk 10 ayında xarici ölkələr və beynəlxalq təşkilatların vəsaitləri hesabına əsas kapitala yönəldilmiş vəsaitin 3 288,9 milyon manatı (92,7 %-i) Böyük Britaniya, ABŞ, Türkiyə, Yaponiya, İsveçrə, Norveç, Virgin adaları, Malayziya, Fransa, Rusiya, Hindistan və İran sərmayədarlarına məxsus olub.