Bu il noyabrın 1-nə Azərbaycan banklarının xalis xarici aktivləri 18 milyard 807,5 milyon manat təşkil edib.
“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, oktyabrın 1-i ilə müqayisədə 1,2 % çox, ilin əvvəlinə nisbətən 2 % çox, ötən il noyabrın 1- ilə müqayisədə isə 20,4 % çoxdur.
Oktyabrın sonuna bankların xalis daxili aktivləri isə 13 milyard 655,4 milyon manat olub ki, bu da, sentyabrın sonu ilə müqayisədə 0,2 %, ilin əvvəlinə nisbətən 27 %, illik müqayisədə isə 20,5 % çoxdur.
Qeyd edək ki, hazırda Azərbaycanda 26 bank fəaliyyət göstərir.