Bakı. 29 Oktyabr. REPORT.AZ/ Azərbaycan banklarının nağd vəsaitlərinin həcmi artıb.
"Report" Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) açıqladığı statistikaya istinadən xəbər verir ki, 2018-ci il oktyabrın 1-nə bankların nağd vəsaitləri 1 mlrd. 377,7 mln. manat olub ki, bu da sentyabrın 1-nə olan göstəricidən 248,5 mln. manat və ya 22,01% çoxdur.
Ümumiyyətlə, ilin əvvəli ilə müqayisədə bankların nağd vəsaitləri 224,7 mln. manat və ya 19,49% artıb.