"PAŞA Bank" ASC-nin Şuşa şəhərində filialını açması məsələsi müzakirə edilir.
"Report" xəbər verir ki, bunu Bankın komplayns və idarəetmə üzrə baş direktoru Anar Kərimov bildirib.
"Şuşada fəaliyyət göstərəcək biznes mərkəzimiz bütün o regionu əhatə etmək məqsədi daşıyır. Hazırda Qarabağda fəaliyyət göstərən və yaxud orada fəaliyyət göstərməyə marağı olan yerli və xarici şirkətlər bizə müraciət edir. Biz bu şirkətlərə hərtərəfli dəstək göstəririk”, - deyə o, əlavə edib.