AZAL dövlət bankında depozit yerləşdirib

"Azərbaycan Hava Yolları" QSC (AZAL) dövlətə məxsus "Azərbaycan Beynəlxalq Bankı" ASC-də 50 milyon manat depozit yerləşdirib.

"Report" xəbər verir ki, bununla bağlı ilk müqavilə fevralın 5-də imzalanıb.

Depozit 6 ay müddərinə, illik 8 %-lə yerləşdirilib. Avqustun 1-də isə depozitin müddətinin bitdiyi tarixdən növbəti 6 ay müddətinə uzadılmasına dair əlavə saziş imzalanıb və illik faiz dərəcəsi 7 % müəyyən edilib.

Bu il AZAL həm də banklar qarşısında olan öhdəlikləri üzrə 32,968 milyon manat əsas borc və 13,471 milyon manat faiz ödənişi həyata keçirib.

Digər xəbərlər

ARDNF sığortaçı seçib 30 dekabr, 2025 / 15:32