“Atəşgah Sığorta” zərərdən mənfəətə keçib

“Atəşgah Sığorta” ASC 2023-cü ili 437 min manat xalis mənfəətlə başa vurub. Halbuki, şirkət 2022-ci ildən 518 min manat zərərlə çıxmışdı.

“Report” xəbər verir ki, ötən il “Atəşgah Sığorta”nın gəlirləri 38,359 milyon manat (əvvəlki ilə nisbətən 29,3 % çox), xərcləri 37,814 milyon manat (25,3 % çox), mənfəət vergisi ödəmələri isə 109 min manat (əvvəlki il vergi ödəməyib) təşkil edib.

Bu ilin yanvarın 1-nə “Atəşgah Sığorta”nın aktivləri 56,984 milyon manat olub ki, bu da illik müqayisədə 22,4 % çoxdur. Hesabat dövründə şirkətin öhdəlikləri 33,7 % artaraq 40,149 milyon manata, balans kapitalı isə 1,8 % artaraq 16,835 milyon manata çatıb.

Xatırladaq ki, "Atəşgah Sığorta" 1996-cı ildə yaradılıb. Onun nizamnamə kapitalı 5,009 milyon manat təşkil edir. Şirkətin səhmlərinin 63 %-i "ISR Holding" MMC-yə, 27 %-i "Ran-Exim" MMC-yə, 10 %-i isə Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) məxsusdur.

Digər xəbərlər