"Atasığorta"nın səhmdarlarının yığıncağı keçiriləcək

Yanvarın 22-də, saat 15:00-da "Atasığorta" ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.

"Report" xəbər verir ki, yığıncaq Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm, 9 ünvanında olacaq.

Yığıncağın gündəliyinə şirkətin maliyyə vəziyyətinin müzakirə edilməsi və digər məsələlər daxildir.

Xatırladaq ki, "Atasığorta" 2004-cü ildən fəaliyyət göstərir, "AtaHolding" MMC-yə daxildir. Onun nizamnamə kapitalı 8,256 milyon manat manatdır. Şirkətin səhmləri 100% adı çəkilən holdinqə məxsusdur.

Yanvarın 6-da Azərbaycan Mərkəzi Bankı "Atasığorta"ya müvəqqəti inzibatçı təyin edib.

Digər xəbərlər