Bakı. 13 oktyabr. REPORT.AZ/ “AtaBank” ASC-nin fəaliyyət göstərən POS-terminallarının ümumi sayı 17 minə çatdırılıb. Bu barədə “Report”a Bankın mətbuat xidmətindən məlumat verilib.
Bankın yeni POS-terminallarının bir neçəsi respublika üzrə filialları olan iri super-marketlərdə quraşdırılaraq müştərilərin ixtiyarına verilib.
Qeyd edək ki, 1993-cü ildən fəaliyyət göstərən "AtaBank" ASC Azərbaycanın ən böyük kommersiya strukturlarından biridir. Bu gün "AtaBank" korporativ və fərdi müştərilərə tam xidmətlər spektrini təqdim edir.