“Atabank”da yeni təyinat olub

Bakı. 28 fevral. REPORT.AZ/ “Atabank” ASC-nin yeni yaradılmış Biznesin inkişafı departamentinə direktor təyin edilib.

"Report" Banka istinadən xəbər verir ki, bu vəzifə Oruc İbrahimova həvalə olunub.

O, 2012-ci ildən “Atabank”da müxtəlif vəzifələrdə çalışıb, son 2 ildə Bankın Marketinq və kommunikasiyalar departamentinin direktoru vəzifəsini icra edib. 

Digər xəbərlər