Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ("ASAN Xidmət") balansındakı 6 avtonəqliyyat vasitəsinin tam könüllü (KASKO) sığortalanması üçün açıq tender elan edib.
"Report" xəbər verir ki, tenderdə iştirak haqqı 159 manatdır.
İddiaçılar təkliflərini oktyabrın 23-nə qədər Agentliyin yerləşdiyi Bakı şəhəri, Nərimanov rayonu, Zaur Nudirəliyev küçəsi, 85 ünvanına təqdim edə bilərlər.
Təkliflərə oktyabrın 24-də, saat 17:00-da qeyd olunan ünvanda baxılacaq.