Bu il yanvarın 1-nə Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) investisiya portfelindəki istiqrazlar və digər pul bazarı alətlərinin 17 %-nin müddəti 1 ilə qədər olub.
Bu barədə "Report" Fonda istinadən xəbər verir.
Məlumata görə, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 7 faiz bəndi azdır.
İl ərzində müddəti 1 ildən 3 ilə qədər olan istiqrazların payı isə 3,3 faiz bəndi artaraq 29,3 % olub.
Hesabat dövründə müddəti 3 ildən 5 ilə qədər olan istiqrazların payı 4 faiz bəndi artaraq 26,4 %-ə çatıb, müddəti 5 ildən artıq olan istiqrazların payı isə 0,3 faiz bəndi azalaraq 27,3 %-ə düşüb.