ARDNF III rübdə də qızıl satmayıb

Bu ilin III rübündə də Azərbaycan Dövlət Neft Fondu (ARDNF) qızıl satmayıb və qızıl ehtiyatlarını 178,1 ton saxlayıb.

"Report" bu barədə Fonda istinadən xəbər verir.

Bununla belə, bu il oktyabrın 1-nə ARDNF-in investisiya portfelində qızılın xüsusi çəkisi 32,3 % olub ki, bu da iyulun 1-nə nisbətən 0,9 faiz bəndi çoxdur. 2025-ci ilin oktyabrın 1-nə ARDNF-in investisiya portfelində qızılın xüsusi çəkisi 32,8 % olub.

Fondun bu il üçün təsdiq olunmuş investisiya portfelinə əsasən, qızıl altportfeli – yuxarı uzaqlaşma intervalı maksimum 4 % olmaqla, investisiya portfelinin məcmu dəyərinin 35 %-ə qədəri ola bilər.

Bu il oktyabrın 1-nə ARDNF-in investisiya portfelinin ümumi dəyəri 74 milyard 3 milyon ABŞ dolları təşkil edib ki, bu da ötən il oktyabrın 1-i ilə müqayisədə 5,5 % çoxdur. Hesabat tarixinə Fondun aktivləri isə 74 milyard 4 milyon ABŞ dolları olub ki, bu da 1 il əvvələ nisbətən 5,5 % çoxdur.

Digər xəbərlər

ABB Beynəlxalq Risk Forumu keçirdi 20 oktyabr, 2026 / 10:22