Bakı. 4 may. REPORT.AZ/ Kənd Təsərrüfatı Nazirliyi yanında “Aqrolizinq” ASC-nin Avtomatlaşdırılmış İdarəetmə Sisteminin 2017-2018-ci illər üzrə iş axınlarının ümumi auditini “Kaspian Audit Kompani” MMC həyata keçirəcək.
“Report” xəbər verir ki, bu barədə səhmdar cəmiyyətin İdarə Heyəti məlumat yayıb.