Aqrar Sığorta Fondu 4 ədəd məxsus nəqliyyat vasitəsinin könüllü (KASKO) sığortalanması ilə bağlı açıq tender elan edib.
"Report" xəbər verir ki, tenderdə iştirak haqqı 10 manatdır.
İddiaçılar təkliflərini noyabrın 5-nə qədər Fondun yerləşdiyi Bakı şəhəri, Xətai rayonu, 8 noyabr prospekti, 175 ünvanına təqdim edə bilərlər.
Təkliflərə noyabrın 5-də, saat 17:30-da qeyd olunan ünvanda baxılacaq.