AMB: "Yaşıl maliyyə" alətlərindən istifadə ilə bağlı işlər davam etdirilir

Azərbaycan Mərkəzi Bankı (AMB) "yaşıl maliyyə" alətlərindən istifadə ilə bağlı banklarla koordinasiyalı işləri davam etdirir.

Bunu "Report"a açıqlamasında AMB-nin baş direktoru Şahin Mahmudzadə bildirib.

"Bununla bağlı işçi qrupları var. Bu proses yavaş-yavaş getməlidir. Həm tutumla bağlı proses, həm də sistemlərin yenilənməsi zaman alacaq. Bu məsələ bir gündə ola bilməz", - deyə o qeyd edib.

Digər xəbərlər