AMB və ADB "yaşıl maliyyələşmə" sahələrində aparılan islahatları müzakirə edib

Azərbaycan Mərkəzi Bankı (AMB) və Asiya İnkişaf Bankı (ADB) "yaşıl maliyyələşmə" sahələrində aparılan islahatları müzakirə edib.

"Report" bu barədə AMB-yə istinadən xəbər verir.

Məlumata görə, qurumun sədrinin I müavini Əliyar Məmmədyarov ADB-nin vitse-prezidenti Bharqav Dasquptanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Görüşdə ölkədəki iqtisadi vəziyyət, maliyyə sektorunda həyata keçirilən islahatlar, ADB-in Azərbaycan üzrə yeni Ölkə Tərəfdaşlığı Strategiyasının əhatə etdiyi istiqamətlər üzrə fəaliyyət, eləcə də "2024-2026-cı illərdə maliyyə sektorunun inkişaf Strategiyası" çərçivəsində AMB-nin maliyyə sektorunda, o cümlədən kapital bazarlarının inkişafı, "yaşıl maliyyələşmə" sahələrində apardığı islahatlar və görülən işlərə dair ətraflı fikir mübadiləsi aparılıb.

Görüşdə həmçinin iki qurum arasında əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə olunub.

Digər xəbərlər