AMB: Strateji Valyuta ehtiyatları xarici dövlət borcunu 3 dəfə üstələyib

Bakı. 26 noyabr. REPORT.AZ/ Xarici sektordakı müsbət proseslər özünü xarici valyuta ehtiyatlarının dinamikasında da biruzə verib.

"Report" Azərbaycan Mərkəzi Bankının (AMB) 2018-ci ilin yanvar-sentyabr ayları üzrə pul siyasəti icmalına istinadən xəbər verir ki, bu ilin 9 ayının sonuna ölkənin strateji valyuta ehtiyatları 45,1 mlrd. ABŞ dolları təşkil edib.

“Valyuta ehtiyatları 32 aylıq mal və xidmət idxalına kifayət edib və xarici dövlət borcunu 3 dəfə üstələyib”, deyə sənəddə vurğulanıb. 

Digər xəbərlər

ATB-nin xalis mənfəəti 62 % artıb 15 oktyabr, 2026 / 12:46