AMB: Rusiya ilə gərginlik idxal-ixraca və pul köçürmələrinə əhəmiyyətli təsir etməyib

Azərbaycan Mərkəzi Bankı (AMB) Rusiya ilə münasibətlərdə yaranmış gərginliyin idxal-ixrac əməliyyatlarına təsirini nəzarətdə saxlayır.

“Report” xəbər verir ki, bunu AMB-nin sədri Taleh Kazımov rəhbərlik etdiyi qurumun faiz dəhlizinin parametrləri ilə bağlı qərarına həsr olunmuş mətbuat konfransında bildirib.

"Rusiya qeyri-neft-qaz sektoru üzrə əsas ticarət tərəfdaşlarımızdan biridir. Bu gün bu sahədə kəskin dəyişiklik görmürük", - deyə o qeyd edib.

AMB-nin Statistika departamentinin direktoru Samir Nəsirov isə deyib ki, dövlətlərarası gərginliklə bağlı həm idxal-ixracda, həm də pul köçürmələrində əhəmiyyəli dəyişiklik yoxdur.

Digər xəbərlər

Hermes BOKT-a lisenziya verilib 19 noyabr, 2026 / 14:31
Sabah pensiyalar tam ödəniləcək 19 noyabr, 2026 / 11:09