Bu ilin yanvar-oktyabr aylarında Azərbaycandakı 16 sığorta şirkətinin xətti ilə 1 milyard 255,973 milyon manat sığorta haqqı toplanılıb.
"Report" Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 12,9 % çoxdur.
Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 772,602 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 24,2 % çoxdur.
10 ay ərzində sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 61,5 manatı ödəniş edilib. Ötən ilin eyni dövründə bu göstərici 56 manat olub.