AMB: Milli Kredit Reytinq Mexanizmi tərtib edilib

Azərbaycan Mərkəzi Bankı (AMB) Milli Kredit Reytinq Mexanizmi tərtib edib.

"Report" xəbər verir ki, bunu AMB-nin Bank fəaliyyətinə nəzarət departamentinin direktor müavini Müşviq Kərimov Bakıda keçirilən "Gömrük-Biznes Forumu 2025: Dialoq və Etimad" adlı tədbirdə bildirib.

"Bu mexanizm beynəlxalq reytinq agentliklərinin istifadə etdiyi mexanizm kimidir - sektorda transparantlıq yaradır. ​Son nəticədə kredit riski azalıb, bu da nəticə etibarilə illik faiz dərəcələrinin aşağı salınmasına gətirib çıxarır", - deyə o qeyd edib.

Digər xəbərlər

ATB-nin xalis mənfəəti 62 % artıb 15 oktyabr, 2026 / 12:46