Azərbaycan Mərkəzi Bankı (AMB) bu il ölkə iqtisadiyyatının 2,2 %, o cümlədən qeyri-neft-qaz iqtisadiyyatının 3,7 % böyüyəcəyini proqnozlaşdırır.
"Report" xəbər verir ki, bunu AMB-nin sədri Taleh Kazımov rəhbərlik etdiyi qurumun faiz dəhlizinin parametrləri ilə bağlı qərarına həsr olunmuş mətbuat konfransında bildirib.
Bu ilin iyul ayında qurum 2025-ci ildə iqtisadi artımın 3 %, o cümlədən qeyri-neft-qaz sektoru üzrə 4,2 % olacağını açıqlamışdı.
Bundan başqa, AMB gələn il ölkə iqtisadiyyatının 2 %, o cümlədən qeyri-neft-qaz iqtisadiyyatının 4,4 % böyüyəcəyini gözləyir.