AMB dolların rəsmi məzənnəsini sabit saxlayıb

Bakı. 2 sentyabr. REPORT.AZ/ Azərbaycan Mərkəzi Bankı (AMB) ABŞ dollarının sentyabrın 5-nə rəsmi məzənnəsini 1,6362 AZN/USD səviyyəsində müəyyən edib.

AMB-dən "Report"a verilən məlumata görə, bu, məzənnənin dəyişməməsi deməkdir.

Qeyd edək ki, avqustun 31-də və sentyabrın 1-də rəsmi məzənnə 1,6321 AZN/USD, sentyabrın 2-də isə 1,6362 AZN/USD səviyyəsində olub.

Digər xəbərlər

ATB-nin xalis mənfəəti 62 % artıb 15 oktyabr, 2026 / 12:46