​AMB dolların rəsmi məzənnəsini dəyişməyib

Bakı. 18 aprel. REPORT.AZ/ Azərbaycan Mərkəzi Bankı (AMB) ABŞ dollarının aprelin 19-na olan rəsmi məzənnəsini əvvəlki günün səviyyəsində saxlayıb.

AMB-dən "Report"a verilən məlumata görə, dolların rəsmi məzənnəsi bu gün olduğu kimi, 1,5167 AZN/USD səviyyəsində müəyyən edilib.

Qeyd edək ki, aprelin 15-də dolların rəsmi məzənnəsi 1,5218 AZN/USD səviyyəsində olub.

Digər xəbərlər

DSMF-nin xərcləri 10 % artıb 12 oktyabr, 2026 / 10:23