“Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC törəmə şirkəti “Akkord Nəqliyyat” MMC-nin nizamnamə kapitalını 616 min manat və yaxud 21,3% artıraraq 2,887 milyon manatdan 3,503 milyon manata çatdırmağı planlaşdırır.
“Report” bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin "Vergilər" qəzetinə istinadən xəbər verir.
Xatırladaq ki, “Akkord Nəqliyyat” 2015-ci ildə yaradılıb.