ABŞ-la Çin arasında ticarət sahəsində 5 memorandum hazırlanır | Report.az

ABŞ-la Çin arasında ticarət sahəsində 5 memorandum hazırlanır

Bakı. 21 fevral. REPORT.AZ/ ABŞ-la Çin arasında yekun ticarət sazişi üçün bünövrə təşkil edəcək 5 memorandum üzərində işlər aparılır.

“Report” “Bloomberg”ə istinadən xəbər verir ki, saziş iki ölkə arasında davam edən ticarət müharibəsinə son qoyacaq.

Mənbələrə görə, həmin memorandumlar kənd təsərrüfatı, rüsumsuz ticarət, xidmət sahəsi, texnologiyaların ötürülməsi, əqli mülkiyyət kimi sahələri əhatə edir. Memorandumun şərtlərinə əməl edilməsə, əngəlləyici rüsumların bərpa oluna biləcəyi da bildirilir.

Qeyd edək ki, ötən il dünyanın iki ən böyük iqtisadiyyatı arasında illik yüz milyardlarla dollar məbləğində idxal olunan malların rüsumları qarşılıqlı şəkildə bir neçə dəfə artırılmışdı. Dekabrın əvvəlində "G 20" zirvə görüşü zamanı iki ölkə prezidentləri ticarət müharibəsində “atəşkəs” barədə razılığa gəlmişdilər.

Digər xəbərlər

Rabitəbankın balans kapitalı 7 % azalıb 15 октября, 2026 / 09:52
PAŞA Bank maliyyə vəziyyətini açıqlayıb 15 октября, 2026 / 09:35
ABŞ-də inflyasiyaya görə qızıl ucuzlaşır 14 октября, 2026 / 23:08
Access Bank maliyyə vəziyyətini açıqlayıb 14 октября, 2026 / 16:41
AFB Bank maliyyə vəziyyətini açıqlayıb 14 октября, 2026 / 16:02
IMF AMB-yə tövsiyələr verib 14 октября, 2026 / 15:33
Bank Avrasiyanın mənfəəti 30 % azalıb 14 октября, 2026 / 12:47