Bakı. 8 mart. REPORT.AZ/ Avropa Mərkəzi Bankı (ECB) bu il avrozonada ümumi daxili məhsul istehsalının 1,1% artacağını proqnozlaşdırır.
“Report” xarici mətbuata istinadən xəbər verir ki, bu barədə qurumun rəhbəri Mario Draqi keçirdiyi mətbuat konfransında məlumat verib.
O, rəhbərlik etdiyi qurumun 2019-cu ildə avrozonada inflyasiyanın səviyyəsi ilə bağlı proqnozunu da açıqlayıb və göstəricinin 1,2% təşkil edə biləcəyini deyib.
Xatırladaq ki, ECB ötən gün uçot dərəcəsini sabit saxlayıb.