Yüksək Liqanın VII turunda "Azərreyl" qələbə qazanıb

Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında VII tura start verilib.

"Report" xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.

"Murov Az Terminal"la üz-üzə gələn "Azərreyl" 3:0 hesablı qələbəyə sevinib. Görüş "Murov Az Terminal"ın idman zalında baş tutub.

Qeyd edək ki, tura dekabrın 19-da yekun vurulacaq.

Digər xəbərlər