Yüksək Liqa: "Murov" autsayderi darmadağın edib

Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında növbəti oyun keçirilib.

"Report"un məlumatına görə, III turdan təxirə salınmış görüşdə "Sərhədçi” “Murov”u qəbul edib.

"Murov" klubunun idman zalında baş tutan qarşılaşma nominal qonaqların 3:0 (20:25, 18:25, 12:25) hesablı qələbəsi ilə yekunlaşıb.

Bu nəticədən sonra xallarını 6-ya çatdıran "Murov" liderliyə yüksəlib. Eyni xala malik "Neftçi" ikincidir. "Express" 3 xalla üçüncü pillədə qərarlaşıb. Xalı olmayan "Sərhədçi" isə autsayderdir.

Digər xəbərlər