"Toronto" klubunun hücumçusu Oston Mettyus NHL-də amerikalı oyunçular arasında het-triklər üzrə rekorda imza atıb.
"Report" xəbər verir ki, 28 yaşlı hokkeyçi müntəzəm mövsümün "Vinnipeq"ə qarşı oyununda 3 qol vuraraq komandasının 6:5 hesablı qələbə qazanmasına kömək edib.
Bu, Mettyusun NHL-də 14-cü het-triki olub. O, əvvəlki rekordçu Pet Lafonteyni (13) üstələyib.
Amerikalı hokkeyçilərdən Con Lekler, Co Mallen və Kevin Stivensin hesabında 11 het-trik var.