"Naxçıvan" basketbol komandasının yeni baş məşqçisi müəyyənləşib.
Bu barədə "Report"a klubdan məlumat verilib.
Komanda Şimali Makedoniyadan olan mütəxəssis Nikola Bozinoskiyə tapşırılıb. 41 yaşlı mütəxəssis son olaraq "Şkupi" klubunda çalışıb.
Təcrübəli məşqçi 2023/2024 mövsümündə "Sabah" klubunda da işləyib.