Qusar Olimpiya İdman Kompleksində jurnalistlər arasında Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş voleybol üzrə Zəfər Kuboku keçiriləcək.
"Report"un məlumatına görə, 15-16 iyulda baş tutacaq yarış İdman Araşdırmalar Mərkəzi və Azərbaycan İdman Jurnalistləri İctimai Birliyinin təşkilatçılığı, "Avrora Qrup"un baş sponsorluğu və Azərbaycan Voleybol Federasiyasının dəstəyi ilə gerçəkləşəcək.
Zəfər Kubokuna hər birində 6 oyunçu olmaqla, ümumilikdə 6 komanda qatılacaq. Komandaların adları son iki ildə keçirilmiş analoji turnirlərdəki kimi, işğaldan azad olunmuş rayon və şəhərlərdən ibarət olacaq. Bütün oyunçular baş sponsor tərəfindən formalarla təmin olunacaqlar.
Reqlamentə əsasən, 6 komanda hərəsində 3-ü olmaqla, A və B qruplarına bölünəcək. İyulun 15-də qrup oyunları keçiriləcək. Qruplarda ilk 2 yeri tutacaq komandalar ertəsi gün çarpaz üsulla yarımfinalda üz-üzə gələcəklər. Yarımfinal cütlərinin qalibləri finala, məğlublar isə 3-cü yer uğrunda görüşə çıxacaqlar.
Komandalar Qusar Olimpiya İdman Kompleksinin kotteclərində qalacaq, bütün səfər və qidalanma xərcləri "Avrora Qrup"un hesabına ödəniləcək.
İlk 3 yerin sahiblərinə müvafiq olaraq, qızıl, gümüş və bürünc medallar, qalibə isə Zəfər Kuboku təqdim ediləcək.
Qeyd edək ki, püşkatma mərasimi iyulun 7-də Bakıda gerçəkləşəcək.
Qusarda jurnalistlər arasında voleybol üzrə Zəfər Kuboku keçiriləcək
Digər xəbərlər
AVF rəsmisi Avropa çempionatının təsnifat mərhələsinə təyinat alıb
21 oktyabr, 2026 / 16:25
20 yaşadək voleybolçu qızlardan ibarət Azərbaycan millisi Gürcüstana yola düşüb
21 oktyabr, 2026 / 12:37
LANDAU Lions FIBA Avropa Kubokunda Danimarka komandası ilə qarşılaşacaq
21 oktyabr, 2026 / 09:32
FIBA Avropa Kuboku: Neftçi növbəti oyununa bu gün çıxacaq
21 oktyabr, 2026 / 09:02
Turan klubu CEV Çempionlar Liqasındakı ilk oyununda qələbə qazanıb
20 oktyabr, 2026 / 20:33
Gəncə klubunun FIBA Avropa Kubokundakı oyunu təxirə salınıb
20 oktyabr, 2026 / 13:57
Turanın baş məşqçisi Ziya Rəcəbov: Voleybolçularımız təcrübə baxımından rəqibdən üstündür
20 oktyabr, 2026 / 11:30
Turan klubu bu gün CEV Çempionlar Liqasında ilk oyununu keçirəcək
20 oktyabr, 2026 / 09:44
Lazar Spasiç: NTD-yə qarşı matçın ikinci hissəsində yaxşı oynamadıq
19 oktyabr, 2026 / 22:07
Azərbaycan Basketbol Liqasının III turunda Sabah NTD-yə qalib gəlib
19 oktyabr, 2026 / 20:43
Fuad Yanqildin: WHC Çair Skopyeyə qalib gəlməyə çalışacağıq
19 oktyabr, 2026 / 10:17
Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıtı məğlub edib
18 oktyabr, 2026 / 21:14
Azərbaycan Basketbol Liqasında III tura start verilib
18 oktyabr, 2026 / 17:09
Azərbaycan Basketbol Liqasında III tura start verilir
18 oktyabr, 2026 / 10:01
Gəncə basketbol komandası baş məşqçisi Martin Knejeviçlə yolları ayırıb
17 oktyabr, 2026 / 15:35
Azərbaycanın futzal millisi DÇ-2028-in əsas mərhələsindəki ilk matçında məğlub olub
16 oktyabr, 2026 / 23:48
Basketbolun Şöhrət Zalına daxil edilən Kliff Heqan vəfat edib
16 oktyabr, 2026 / 11:59
Azərbaycanın U-20 voleybol millisi yoxlama oyununda qələbə qazanıb
15 oktyabr, 2026 / 20:38
Tahir Baxşıyev: Azərbaycanın basketbol klublarından avrokuboklarda qələbə gözləyirik
15 oktyabr, 2026 / 17:06
Kürün həndbolçusu Mədinə Musayeva: WHC Çair Skopye ilə başabaş mübarizə gözləyirik
15 oktyabr, 2026 / 15:10