"Neftçi" iki basketbolçunun keçidini rəsmiləşdirib

"Neftçi" İdman Klubunun basketbol komandası heyətini iki yeni oyunçu ilə gücləndirib.

Bu barədə "Report"a Bakı təmsilçisinin mətbuat xidmətindən məlumat verilib.

Bunlar ABŞ-dən olan Bobi Harvi və Brendon Saqzdır.

Onlar daha əvvəl müvafiq olaraq “Portland State” və “New Mexico State” klublarının formasını geyiniblər.

"Neftçi" daha əvvəl dörd oyunçunun transferini açıqlamışdı.

Digər xəbərlər