NBA klubunun aparıcı basketbolçusu zədələnib

ABŞ-nin "Denver Naqqets" klubunun aparıcı basketbolçusu Nikola Yokiç zədələnib.

"Report" xəbər verir ki, 30 yaşlı oyunçu Milli Basketbol Assosasiyasında (NBA) "Mayami" ilə qarşılaşmada sıradan çıxıb.

Serbiyalı ikinci hissənin bitməsinə 6 saniyə qalmış dizindən zədə alıb və görüşə davam edə bilməyib.

Qeyd edək ki, oyun "Mayami"nin qələbəsi ilə yekunlaşıb - 147:123.

Digər xəbərlər