"Murov Az Terminal" ukraynalı voleybolçu transfer edib

"Murov Az Terminal"ın qadınlardan ibarət voleybol komandası ukraynalı blokçu Mostsitska Viktoriyanı heyətinə cəlb edib.

Klubdan "Report"a verilən məlumata görə, o, qarşıdakı bir mövsüm ərzində paytaxt təmsilçisinin formasını geyinəcək.

O, son olaraq Rumıniyada "Ardjeş" klubunun formasını geyinib.

Digər xəbərlər