Lider xal fərqini artırıb, "Sərhədçi" qələbə qazanıb

Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında XVIII turun oyunları keçirilib.

"Report"un məlumatına görə, turun hər iki görüşü “Murov” voleybol klubunun idman zalında təşkil olunub.

Açılış matçında "Murov" MOİK-ə 3:0 (25:21, 26:24, 25:20) hesabı ilə qalib gəlib. Digər oyunda isə "Sərhədçi" "Ekspress"ə eyni hesabla məğlub edib - 0:3 (22:25, 23:25, 15:25).

Qeyd edək ki, turnir cədvəlinə 38 xalla "Murov" başçılıq edir. Liderin ən yaxın izləyicisi "Neftçi" ondan 5 xal geri qalır. MOİK 25 xalla üçüncüdür. 6 xalı olan "Ekspress" və "Sərhədçi" isə 4-5-ci yerləri bölüşdürür.

Digər xəbərlər