"Lənkəran" basketbolçusu ilə vidalaşıb

"Lənkəran" basketbolçusu ilə vidalaşıb.

"Report" klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, cənub təmsilçisi Qabon millisinin üzvü Antoni Tseqakele ilə yolları ayırıb.

Tərəflər arasındakı müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

26 yaşlı basketbolçu karyerasını İspaniyada davam etdirmək qərarına gəlib. O, bu ölkənin aşağı divizionunda mübarizə aparan "Xixon" klubunun şərəfini qoruyacaq.

Qeyd edək ki, A.Tseqakele cari mövsümün əvvəlində Kanadanın "Saskatçevan Reytls" klubundan "Lənkəran"a keçmişdi.

Digər xəbərlər