Milli Basketbol Assosasiyası (NBA) təmsilçisi "Los Anceles Leykers"in hücumçusu, üçqat Olimpiya çempionu Lebron Ceyms yeni rekorda imza atıb.
"Report" xəbər verir ki, 40 yaşlı basketbolçu karyerasının 23-cü mövsümündə meydana çıxıb.
O, bunu "Yuta" ilə ev matçında reallaşdırıb. Lebron bu göstərici ilə 2020-ci ildə karyerasını bitirən Vins Karteri geridə qoyub.
Basketbolçu əzələsindəki sinir qıcıqlanması səbəbindən müntəzəm çempionatın başlanğıcını buraxmışdı.
Qeyd edək ki, L.Ceyms dördqat NBA çempionudur. NBA-da topladığı xal sayına görə rekordçu olan idmançı ABŞ yığmasının heytində üç dəfə (2008, 2012, 2024) olimpiya çempionu adını qazanıb.