Milli Basketbol Assosiasiyasında (NBA) oynamış amerikalı Rodni Rocers 54 yaşında vəfat edib.
"Report" xəbər verir ki, bu barədə idmançının sabiq klubu "Bruklin Nets"in mətbuat xidməti məlumat yayıb.
Basketbolçu 2008-ci ilin noyabrında motosikletlə qəzaya uğramışdı. O, hadisədən sonra tamamilə iflic olmuşdu.
Qeyd edək ki, 1999/2000 mövsümünün ən yaxşısı seçilmiş idmançı peşəkar karyerası ərzində "Denver", "Los Anceles Klippers", "Finiks", "Boston Seltiks", "Nyu-Cersi Nets", "Nyu-Orlean Pelikans" və "Filadelfiya" kimi komandalarda oynayıb. O, 2002/2003 mövsümündə "Nyu-Cersi Nets"in heyətində NBA-nın finalında oynayıb.