Stolüstü tennis üzrə qadınlardan ibarət Azərbaycan millisi Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarının yarımfinal mərhələsində məğlub olub.
"Report"un yarışa ezam olunmuş əməkdaşı xəbəri verir ki, yığma bu raundda Misir seçməsi ilə üz-üzə gəlib.
Zemfira Mikayılova, Aylin Əsgərova və Mərziyyə Nurmətovadan ibarət komanda rəqibinə 5:8 hesabı ilə uduzub.
Beləliklə, Azərbaycan millisi turnirdə bürünc medal qazanıb.
Qeyd edək ki, İslamiada noyabrın 21-də başa çatacaq.