Kişi və qadın həndbolçular arasında Azərbaycan çempionatlarında III turun oyunları keçirilib.
Bu barədə "Report"a Həndbol Federasiyasından məlumat verilib.
Qadınların yarışında "Qarabağ" "Təhsil"i (40:13) "Azəryol" "Bakı"nı (25:10), "Kür" isə "İdman Akademiyası"nı (40:23) məğlub edib.
Kişilərin mübarizəsində "Qarabağ" "Dinamo"nu (45:31), "Bakı" "Təhsil"i (37:24), "Kür" "Azəryol"u (27:22) üstələyib.