"Azərreyl" voleybol klubu yeni mövsümün hazırlığına başlayıb

Kişi voleybolçulardan ibarət "Azərreyl" klubu yeni mövsümün hazırlığına start verib.

"Report" xəbər verir ki, komandanın təlim-məşq toplanışı Voleybol Mərkəzində keçirilir.

Hazırlıq prosesində baş məşqçi Boris Qrebennikovun rəhbərliyi altında 12 voleybolçu iştirak edir. Komanda fiziki məşqlərə üstünlük verir.

Digər xəbərlər