Azərbaycanın 3x3 basketbol millisi Dünya Qadın Seriyasında 2025 mövsümünün final mərhələsində iştirak edəcək.
"Report" xəbər verir ki, həlledici mərhələ sentyabrın 13-14-də Çinin Şanxay şəhərində baş tutacaq.
Final mərhələsində mövsümün reytinq xallarına əsasən ən yaxşı nəticə göstərmiş 7komanda ilə yanaşı, ev sahibi Çin yığması da mübarizə aparacaq.